Azərbaycandan İrana təbii qaz ixracı 210,7 min dollara çatıb

Azərbaycandan İrana təbii qaz ixracı 210,7 min dollara çatıb

BİZNES
287

2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan İrana 210,7 min ABŞ dolları dəyərində 3,131 milyon kubmetr təbii qaz (qaz şəklində) ixrac olunub.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövründə Azərbaycandan İrana qaz ixracının həcmi barədə rəsmi göstərici dərc olunmayıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan 8 ölkəyə 1,883 milyard ABŞ dolları dəyərində 6,257 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 322,4 milyon ABŞ dolları və ya 14,6% azalma, fiziki həcm baxımından isə 357,9 milyon kubmetr və ya 6,1% artım deməkdir.

Eyni zamanda, cari ilin ilk rübündə Azərbaycan yalnız bir ölkədən – İran İslam Respublikasından təbii qaz idxal edib. İdxalın həcmi 134,3 milyon kubmetr, dəyəri isə 9,041 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 13,4 milyon ABŞ dolları və ya 2,5 dəfə, həcm baxımından isə 11,3 milyon kubmetr və ya 7,8% azalma deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan İrana təbii qaz ixracı 210,7 min dollara çatıb — Fins.az — Fins.az