
Azərbaycandan Ermənistana növbəti yanacaq ixracı – 22 vaqon dizel göndəriləcək
Fins.az - Bu gün Azərbaycan-dan Ermənistan-a 22 vaqon dizel yanacağı ixrac olunacaq. Bununla yanaşı, Rusiya-dan Ermənistana 4 vaqon gübrə tranzit yolla göndəriləcək.
Məlumatlara əsasən, indiyədək Azərbaycandan Ermənistana ümumilikdə 6312 ton dizel yanacağı, 979 ton Aİ-92 markalı benzin və 2955 ton Aİ-95 markalı benzin ixrac edilib.
Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də İlham Əliyev və Kasım-Jomart Tokayev tərəfindən verilən birgə bəyanatda Azərbaycanın işğal dövründən bəri mövcud olmuş tranzit məhdudiyyətlərini aradan qaldırdığı qeyd olunmuşdu. İlk tranzit yükü kimi Qazaxıstan taxılının Ermənistana göndərilməsi həyata keçirilmişdi.
Son aylarda bu istiqamətdə yük daşımaları daha da intensivləşib. Belə ki, 2025-ci ilin dekabrın 18-də SOCAR tərəfindən Ermənistana 1220 ton Aİ-95 markalı benzin göndərilib.
2026-cı ilin yanvarın 9-da isə ümumilikdə 2698 ton yük (48 vaqon), o cümlədən 1742 ton Aİ-95 benzini və 956 ton dizel yanacağı yola salınıb. Yanvarın 11-də əlavə olaraq 979 ton Aİ-92 markalı benzin (18 vaqon) ixrac edilib.
Fevral və mart aylarında da daşımalar davam edib. Fevralın 25-də 4500 ton dizel, martın 5-də 1984 ton dizel və Rusiya gübrəsi, martın 9 və 11-də taxıl yükləri, martın 24–25-də isə gübrə və buğda məhsulları Ermənistana göndərilib.