
Azərbaycandan Ermənistana ixracın həcmi açıqlanıb
2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan Ermənistana 5,757 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, qeyd olunan dövrdə Ermənistana ixrac Azərbaycanın ümumi ixracının 0,11 faizini təşkil edib.