Azərbaycandan Ermənistana dizel və benzin ixracı artır

Azərbaycandan Ermənistana dizel və benzin ixracı artır

BİZNES
286

Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti dizel yanacağı partiyası göndəriləcək.

Fins.az-ın məlumatına görə, bu gün dəmir yolu ilə 16 vaqon dizel yanacağının Ermənistana yola salınması nəzərdə tutulur.

Qeyd edilib ki, aprelin 14-də Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunub. Aprelin 11-də isə 15 vaqon (887 ton) dizel yanacağı göndərilmişdi.

İndiyədək ümumilikdə 6312 ton dizel yanacağı (sonuncu tədarük daxil), 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini Ermənistana ixrac olunub.

Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycanın Ermənistanla yük tranziti üzrə mövcud məhdudiyyətləri aradan qaldırmasından sonra region ölkələri arasında nəqliyyat və ticarət əlaqələrində yeni mərhələ başlayıb.

Bundan sonra müxtəlif tarixlərdə Ermənistana yanacaq və digər yüklərin, o cümlədən benzin, dizel, taxıl və gübrə məhsullarının dəmir yolu ilə tədarükü həyata keçirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan Ermənistana dizel və benzin ixracı artır — Fins.az — Fins.az