Azərbaycandan dəniz yolu ilə yük ixracı artıb

Azərbaycandan dəniz yolu ilə yük ixracı artıb

BİZNES
312

Bu ilin yanvar-mart aylarında Azərbaycanda dəniz nəqliyyatı vasitələri ilə 456,7 milyon ABŞ dolları dəyərində 213,8 min ton yük daşınıb.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 206,2 milyon ABŞ dolları və ya 31,1%, həcm ifadəsində isə 493,9 min ton və ya 3,3 dəfə azdır.

Hesabat dövründə Azərbaycandan dəniz nəqliyyatı ilə 21,6 milyon ABŞ dolları dəyərində təxminən 32,8 min ton yük ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 5,1 milyon ABŞ dolları və ya 32,2%, həcm baxımından isə 2,5 min ton və ya 8,3% artım deməkdir.

Eyni dövrdə Azərbaycana dəniz nəqliyyatı ilə 435,2 milyon ABŞ dolları dəyərində 181 min ton yük idxal edilib. Bu isə illik müqayisədə dəyər ifadəsində 211,3 milyon ABŞ dolları və ya 32,7%, həcm baxımından isə 496,4 min ton və ya 3,7 dəfə azalma deməkdir.

Qeyd edək ki, 2026-cı ilin ilk üç ayında Azərbaycanda ümumilikdə bütün nəqliyyat vasitələri ilə 9,407 milyard ABŞ dolları dəyərində 13,014 milyon ton yük daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 2,642 milyard ABŞ dolları və ya 21,9%, həcm baxımından isə 1,328 milyon ton və ya 9,3% azalma deməkdir.

Bu dövrdə Azərbaycandan 5,402 milyard ABŞ dolları dəyərində 10,796 milyon ton yük ixrac olunub ki, bu da illik müqayisədə dəyər baxımından 983,7 milyon ABŞ dolları və ya 15,4%, həcm baxımından isə 737,2 min ton və ya 6,4% azalma deməkdir.

Eyni zamanda, hesabat dövründə Azərbaycana 4,005 milyard ABŞ dolları dəyərində 2,218 milyon ton yük idxal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,658 milyard ABŞ dolları və ya 29,3%, həcm baxımından isə 590,4 min ton və ya 21% azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan dəniz yolu ilə yük ixracı artıb — Fins.az — Fins.az