Azərbaycandan avtomobil nəqliyyatı ilə yük daşımaları artıb

Azərbaycandan avtomobil nəqliyyatı ilə yük daşımaları artıb

BİZNES
288

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda avtomobil nəqliyyatı vasitələri ilə 4,245 milyard ABŞ dolları dəyərində 1,943 milyon ton yük daşınıb.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 107,8 milyon ABŞ dolları və ya 2,6%, həcm ifadəsində isə 4,929 min ton və ya 0,2% artım deməkdir.

Məlumata əsasən, hesabat dövründə Azərbaycandan avtomobil nəqliyyatı ilə 877,3 milyon ABŞ dolları dəyərində təxminən 792,6 min ton yük ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 154,3 milyon ABŞ dolları və ya 21,3%, həcm baxımından isə 44 min ton və ya 5,9% artım deməkdir.

Eyni zamanda, bu ilin yanvar-aprel aylarında Azərbaycana avtomobil nəqliyyatı ilə 3,368 milyard ABŞ dolları dəyərində 1,150 milyon ton yük idxal edilib. Bu göstərici illik müqayisədə dəyər baxımından 1,4%, həcm baxımından isə 3,3% azalma nümayiş etdirib.

Ümumilikdə, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda bütün nəqliyyat vasitələri üzrə 17,403 milyard ABŞ dolları dəyərində 18,720 milyon ton yük daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 2,9% artım, həcm baxımından isə 4,4% azalma deməkdir.

Hesabat dövründə Azərbaycandan ümumilikdə 11,879 milyard ABŞ dolları dəyərində 15,726 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 35,2% artım, həcm baxımından isə 0,5% azalma deməkdir.

Eyni zamanda, Azərbaycana 5,525 milyard ABŞ dolları dəyərində 2,995 milyon ton yük idxal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 32,1%, həcm baxımından isə 20,8% azalma göstərib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan avtomobil nəqliyyatı ilə yük daşımaları artıb — Fins.az — Fins.az