Azərbaycanda yük və sərnişin daşımalarında gəlirlər artıb

Azərbaycanda yük və sərnişin daşımalarında gəlirlər artıb

BİZNES
372

2025-ci ildə Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmasından ümumilikdə 2 milyard 385,4 milyon manat gəlir əldə edilib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 7,2% artım deməkdir.

Hesabat dövründə avtomobil nəqliyyatı ilə yük daşımalarından əldə edilən gəlirlər 1,051 milyard manat təşkil edib və bu, illik müqayisədə 4% artım göstərib.

Eyni zamanda sərnişin daşımalarından əldə olunan gəlir 1,334 milyard manat olub ki, bu da ötən illə müqayisədə 10% çoxdur.

Statistik göstəricilərə əsasən, 2025-ci ildə Azərbaycanda avtomobil nəqliyyatı ilə 151,7 milyon ton yük daşınıb ki, bu da 5,7% artım deməkdir. Sərnişin daşımaları isə 1,974 milyard nəfər təşkil edib və 6,9% artım qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda yük və sərnişin daşımalarında gəlirlər artıb — Fins.az — Fins.az