Azərbaycanda yeni iş yerlərinin 92 % qeyri-dövlət sektorunun payına düşüb

Azərbaycanda yeni iş yerlərinin 92 % qeyri-dövlət sektorunun payına düşüb

BİZNES
483

2026-cı ilin birinci rübü ərzində Azərbaycanda 23,5 min yeni iş yeri yaradılıb.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yeni açılan iş yerlərinin 92,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Rəsmi statistikaya əsasən, yaradılan iş yerlərinin 75,8 faizi Bakı şəhərində qeydə alınıb. Naxçıvan iqtisadi rayonunun payı 1,1 faiz təşkil edib, digər regionların payı isə 23,1 faiz olub.

Regionlar üzrə bölgüyə görə, yeni iş yerlərinin 7,6 faizi Abşeron-Xızı, 2,7 faizi Gəncə-Daşkəsən, 2,1 faizi Quba-Xaçmaz, 1,8 faizi Şəki-Zaqatala, 1,7 faizi Qarabağ, 1,4 faizi Qazax-Tovuz, 1,2 faizi Mərkəzi Aran, 1,1 faizi Şərqi Zəngəzur, 1,1 faizi Şirvan-Salyan, 1,0 faizi Mil-Muğan, 0,8 faizi Lənkəran-Astara və 0,6 faizi Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.

İş yerlərinin yaranma strukturu göstərir ki, onların 18,8 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 80,8 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi isə fəaliyyətini bərpa etmiş müəssisələrdə formalaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda yeni iş yerlərinin 92 % qeyri-dövlət sektorunun payına düşüb — Fins.az — Fins.az