Azərbaycanda yanacaq satışları 5,9% artıb

Azərbaycanda yanacaq satışları 5,9% artıb

BİZNES
341

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 585,3 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Məlumata əsasən, yanacaq satışlarının həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artıb.

Qeyd edilib ki, hesabat dövründə ümumilikdə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 10,1 milyard manatlıq məhsul satılıb. Bunun 5,5 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 4,6 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb.

2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,6 faiz artıb. Bu dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə artım 1,2 faiz, qeyri-ərzaq malları üzrə isə 6,5 faiz təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda yanacaq satışları 5,9% artıb — Fins.az — Fins.az