Azərbaycanda vergi sistemlərinin texniki dəstəyinə 6,8 mln. manatdan çox vəsait yönəldiləcək

Azərbaycanda vergi sistemlərinin texniki dəstəyinə 6,8 mln. manatdan çox vəsait yönəldiləcək

BİZNES
706

Azərbaycan Vergilər Nazirliyi informasiya texnologiya xidmətlərinin cəlb edilməsi üzrə tenderin qalibini müəyyənləşdirib.

Bu barədə  "Elektron satınalma" portalında məlumat verilib 

Tender komissiyasının qərarına əsasən, nazirliyin elan etdiyi tenderin qalibi Azərbaycanın "Cybernet” " şirkəti seçilib. Fevralın 5-də bu şirkətlə dəyəri 6,82 mln. manatdan çox təşkil edən müqavilə imzalanıb.

Müqaviləyə əsasən, "Cybernet" şirkəti nazirliyin informasiya sistemlərinə xidməti dəstək göstərəcək. Həmçinin, şirkət tərəfindən dövlət qurumunda istifadə olunan proqram təminatlarında əlavə və dəyişikliklər ediləcək və lisenziyalar tədarük olunacaq.

©APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda vergi sistemlərinin texniki dəstəyinə 6,8 mln. manatdan çox vəsait yönəldiləcək — Fins.az — Fins.az