Azərbaycanda vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin sayı artıb

Azərbaycanda vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin sayı artıb

BİZNES
201

Fins.az – 2026-cı il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,2% artaraq 887 min 129-a çatıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, aktiv ƏDV ödəyicilərinin sayı 5,1% artaraq 61 min 368, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 4% artaraq 242 min 208 olub.

Dövlət Vergi Xidməti bildirib ki, 2026-cı ilin yanvar-iyun aylarında qurumun xətti ilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub. Bu, proqnozdan 217,7 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 139 milyon manat və ya 1,6% çoxdur.

Hesabat dövründə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 7 milyard 67,4 milyon manat təşkil edib. Bu sahə üzrə büdcəyə proqnozdan 199,4 milyon manat artıq vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 645,8 milyon manat və ya 10,1% artıb.

Məlumata əsasən, 2026-cı ilin ilk yarısında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 422,7 milyon manat olub. Bu göstərici proqnozu 189,9 milyon manat üstələyib. Qeyri-büdcə təşkilatları üzrə sosial sığorta daxilolmaları isə 2 milyard 244,9 milyon manatdan çox təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin sayı artıb — Fins.az — Fins.az