Azərbaycanda vergi ödəyicilərinin sayı AÇIQLANIB

Azərbaycanda vergi ödəyicilərinin sayı AÇIQLANIB

BİZNES
1,063

Bu il aprelin 1-nə Azərbaycanda 1 430 739 vergi ödəyicisi uçotda olub.

Bu barədə Fins.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə 5,1 % çoxdur.

Vergi ödəyicilərinin 87,3%-i fiziki şəxslər, 12,7%-i isə hüquqi şəxslər və digər təşkilatlar olub. Son 1 ildə fiziki şəxslərin sayı 4,5%, hüquqi şəxslərin sayı isə 9,9% artıb.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 88,5%-i məhdud məsuliyyətli cəmiyyət, 1,3%-i səhmdar cəmiyyəti, 1,1%-i kooperativ və s. formalarda yaradılıb. İndiyə qədər 164 645 kommersiya qurumu, 20 937 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda vergi ödəyicilərinin sayı AÇIQLANIB — Fins.az — Fins.az