
Azərbaycanda ÜDM 39,875 milyard manat təşkil edib
2026-cı ilin yanvar–aprel ayları ərzində Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının həcmi 39 milyard 875,1 milyon manat təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata əsasən, ölkə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,2% artım nümayiş etdirib.
Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9% azalıb. Bununla yanaşı, qeyri neft-qaz sektorunda 0,7% artım qeydə alınıb.