Azərbaycanda tikinti sektoruna investisiyalar 386 milyon manat olub

Azərbaycanda tikinti sektoruna investisiyalar 386 milyon manat olub

BİZNES
439

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda tikinti sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 386 milyon manat təşkil edib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,5% azalıb.

Məlumata görə, tikinti sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların ümumi sərmayədə xüsusi çəkisi 15,8% olub. Dövr ərzində bu sahəyə yönəldilən vəsaitin 297,7 milyon manatı mənzil tikintisinin payına düşüb ki, bu da illik müqayisədə 31,4% azalma deməkdir. Mənzil tikintisinin ümumi investisiyalarda xüsusi çəkisi isə 8,5% təşkil edib.

Qeyd edək ki, hesabat dövründə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 milyard 436,4 milyon manat investisiya yönəldilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 19,4% çoxdur.

İnvestisiyaların 1 milyard 434,0 milyon manatı və ya 58,9%-i məhsul istehsalı sahələrinin, 794,7 milyon manatı və ya 32,6%-i xidmət sahələrinin, 207,7 milyon manatı və ya 8,5%-i isə yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 28,9%-i dövlət, 71,1%-i isə qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən təmin olunub.

Bununla yanaşı, sərmayə qoyuluşunun 53,3%-i tikinti-quraşdırma işlərinə yönəldilib, əsas kapitala yatırımların 73,1%-i isə daxili mənbələr hesabına maliyyələşdirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda tikinti sektoruna investisiyalar 386 milyon manat olub — Fins.az — Fins.az