Azərbaycanda təbii qaz hasilatı artıb

Azərbaycanda təbii qaz hasilatı artıb

BİZNES
219

Fins.az – 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 25,180 milyard kubmetr təbii qaz hasil edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 190,8 milyon kubmetr və ya 0,8% çoxdur. Müvafiq dövrdə ölkədə təbii qaz hasilatı 24,989 milyard kubmetr təşkil etmişdi.

Hesabat dövründə Azərbaycanda 19,551 milyard kubmetr əmtəəlik təbii qaz hasil olunub. Bu isə ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 209,2 milyon kubmetr və ya 1,1% artım deməkdir.

Qeyd edək ki, 2025-ci ilin ilk yarısında ölkədə 19,342 milyard kubmetr əmtəəlik təbii qaz hasil edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda təbii qaz hasilatı artıb — Fins.az — Fins.az