
Azərbaycanda təbii qaz hasilatı artıb
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda 16,620 milyard kubmetr təbii qaz hasil edilib.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 54,1 milyon kubmetr və ya 0,3 faiz artım deməkdir.
Məlumata əsasən, ötən ilin yanvar-aprel aylarında ölkədə 16,566 milyard kubmetr təbii qaz hasil edilib.
Hesabat dövründə əmtəəlik təbii qaz hasilatı 12,987 milyard kubmetr təşkil edib ki, bu da illik müqayisədə 71,3 milyon kubmetr və ya 0,6 faiz artım deməkdir. Ötən ilin eyni dövründə bu göstərici 12,916 milyard kubmetr olub.
Ümumilikdə, mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 12,5 milyard manat təşkil edib və bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz azalma göstərib.