Azərbaycanda sürtkü yağları istehsalı artıb

Azərbaycanda sürtkü yağları istehsalı artıb

BİZNES
359

2026-cı ilin yanvar–aprel aylarında Azərbaycanda 12,8 min ton sürtkü yağları istehsal edilib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,4 min ton və ya 3,2 faiz artım deməkdir.

Cari ilin mayın 1-nə olan vəziyyətə görə, ölkədə hazır sürtkü yağları ehtiyatı 1,1 min ton təşkil edib.

Qeyd olunub ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 950,3 milyon manat olub və bu, ötən ilin yanvar–aprel ayları ilə müqayisədə 0,3 faiz artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda sürtkü yağları istehsalı artıb — Fins.az — Fins.az