Azərbaycanda spirtli içkilər və tütün məmulatlarının idxalına aksiz dərəcələri artırılıb

Azərbaycanda spirtli içkilər və tütün məmulatlarının idxalına aksiz dərəcələri artırılıb

BİZNES
1,312

Martın 19-dan etibarən Azərbaycanda spirtli içkilər və tütün məmulatlarının idxalına yeni aksiz dərəcələri qüvvəyə minir. 

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Nazirlər Kabinetinin qərarına əsasən, aksiz dərəcəsi energetik içkilərin hər litri üçün 3 manatdan 3,1 manata, səməni pivəsinin hər litri üçün 1,7 manatdan 1,9 manata qaldırılıb. Qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları istisna olmaqla, təbii üzüm şərabları (spirt qatılmışlar daxil olmaqla) və üzüm suslosunun hər litri üçün 3,5 manatdan 3,6 manata, şampan şərabı üçün 5 manatdan 5,1 manata qaldırılıb.

Denaturasiya olunmamış etil spirit və həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spiritnin hər litri üçün 4 manatdan 5,2 manata qaldırılıb. Üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaların hər litri üçün aksiz dərəcəsi isə 10 manatdan 7,2 manata endirilib. Aksiz dərəcəsi viski, rom və digər spirtli tinkturalar, cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilərin hər litri üçün isə 10 manatdan 11,2 manata qaldırılıb. Tərkibində spirtin miqdarı 9%-dən az olan digər tündləşdirilməmiş alkoqollu içkilərin hər litri üçün aksiz dərəcəsi isə 1,9 manat müəyyənləşib.

Nazirlər Kabinetinin qərarına əsasən, aksiz dərəcəsi tərkibində tütün olan siqarillalar və tərkibində tütün əvəzləyicisi olan siqarillaların 1 min ədədi üçün 20 manatdan 31 manata qaldırılıb, tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1min ədədi üçün isə 28 manatdan 39 manata qaldırılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda spirtli içkilər və tütün məmulatlarının idxalına aksiz dərəcələri artırılıb — Fins.az — Fins.az