
Azərbaycanda siqaret istehsalı artıb, tütün istehsalı isə azalıb
2026-cı ilin yanvar ayında Azərbaycanda 1,194 milyard ədəd siqaret istehsal olunub.
Fins.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 38,1% çoxdur.
Hesabat dövrünün sonuna – 2026-cı il fevralın 1-nə ölkədə siqaret üzrə hazır məhsul ehtiyatı 1,264 milyard ədəd təşkil edib.
Eyni zamanda, bu ilin yanvar ayında ölkədə 49,9 ton tütün istehsal olunub ki, bu da illik müqayisədə 66,8% azalma deməkdir. Fevralın 1-nə tütün üzrə hazır məhsul ehtiyatı 150,4 tona bərabər olub.
Rəsmi statistikaya əsasən, 2026-cı ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində əhaliyə 5,293 milyard manatlıq məhsul satılıb, xidmət müəssisələri tərəfindən isə 1,264 milyard manatlıq ödənişli xidmət göstərilib. Siqaret və tütün məhsullarının ümumi ticarət dövriyyəsində xüsusi çəkisi isə 4,1% təşkil edib.
Fuad Mədətov
Fins.az