Azərbaycanda rəsmi qeydiyyatdan keçən şirkətlərin sayı artıb- DƏQİQ SAY

Azərbaycanda rəsmi qeydiyyatdan keçən şirkətlərin sayı artıb- DƏQİQ SAY

BİZNES
907

2020-ci ilin mart ayının 1-nə respublika üzrə 1 milyon 070 min 492 vergi ödəyicisi uçotdadır. Onlardan 927 min 427-si və ya 86,6 faizi fiziki şəxs, 143 min 065-i və ya 13,4 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Fins.az xəbər verir ki, Vergilər Nazirliyinin məlumatına görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 82 min 334 vahid artıb. Bunun 66 min 673-ü (80,9 faizi) fiziki şəxslərin, 15 min 661-i isə (19,1 faizi) hüquqi şəxslərin hesabına baş verib. Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən (95,9 faiz) kommersiya qurumları hesabına mümkün olub. Qeyri-kommersiya qurumlarının sayı isə ötən ilin fevral ayı ilə müqayisədə 640 vahid artaraq 15 min 538 vahid təşkil edib.

 

2020-ci ilin fevral ayında 1.156 kommersiya qurumu qeydiyyata alınıb. Ötən ay 827 yerli investisiyalı qurum, 329 xarici investisiyalı kommersiya qurumu qeydiyyatdan keçib.

2020-ci ilin martın 1-nə qeydiyyatda olan kommersiya qurumlarının 39 min 463-ü xidmət, 36 min 171-i ticarət sektorunda fəaliyyət göstərib.

 

2020-ci ilin yanvar-fevral aylarında xidmət, ticarət və nəqliyyat sektorunda fəaliyyət göstərəcək hüquqi şəxslərin qeydiyyatda xüsusi çəkisi daha yüksək olub. Belə ki, xidmət sektorunda fəaliyyət göstərən hüquqi şəxslərin sayı 2020-ci ilin əvvəli ilə müqayisədə fevralda xüsusi çəkisi 41,3 faizə çatıb. Ticarət sektorunda bu göstərici 32,1 faizə, nəqliyyatda isə 2,4 faizə çatıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda rəsmi qeydiyyatdan keçən şirkətlərin sayı artıb- DƏQİQ SAY — Fins.az — Fins.az