Azərbaycanda rəqəmsal marketinqdə ən çox yol verilən səhvlər açıqlanıb

Azərbaycanda rəqəmsal marketinqdə ən çox yol verilən səhvlər açıqlanıb

BİZNES
171

Fins.az - “Markol” Marketinq Agentliyinin təsisçisi və rəhbəri Türkay Əliyeva Azərbaycanda bizneslərin rəqəmsal marketinq sahəsində ən çox yol verdiyi səhvlər və onların səbəbləri barədə fikirlərini açıqlayıb.

Onun sözlərinə görə, ölkə bazarında rəqəmsal marketinqə maraq artsa da, bir çox şirkətlər hələ də eyni strateji səhvləri təkrarlayır.

T.Əliyeva bildirib ki, ən geniş yayılmış problemlərdən biri marketinqin investisiya deyil, xərc kimi qəbul edilməsidir və bu səbəbdən bizneslər uzunmüddətli strategiya qurmurlar. O, həmçinin qısa müddətdə nəticə gözləməyin də ciddi problem olduğunu vurğulayıb və qeyd edib ki, SEO və brendinq kimi istiqamətlər vaxt tələb edən proseslərdir:

"Bir çox şirkətlərdə data əsaslı qərarların verilməməsi müşahidə olunur və analitika ilə hesabatlara yetərincə diqqət yetirilmir. Eyni zamanda, veb-saytlara kifayət qədər önəm verilməməsi də problemlər sırasında yer alır, belə ki, reklam kampaniyaları aparılsa da, istifadəçinin yönləndirildiyi platforma zəif olur."

T.Əliyeva əlavə edib ki, rəqiblərin kor-koranə təkrarlanması da geniş yayılmış səhvlərdəndir və hər biznesin özünəməxsus strategiya formalaşdırması vacibdir:

"Bu problemlərin əsas səbəbi marketinqin hələ də tam şəkildə strateji inkişaf aləti kimi qəbul edilməməsidir."

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda rəqəmsal marketinqdə ən çox yol verilən səhvlər açıqlanıb — Fins.az — Fins.az