Azərbaycanda qızıl istehsalında rekord göstərici qeydə alınıb

Azərbaycanda qızıl istehsalında rekord göstərici qeydə alınıb

BİZNES
118

Fins.az – "Anglo Asian Mining" şirkəti 2026-cı ilin ilk yarısında Azərbaycanda rekord həcmdə – 12 329 unsiya qızıl istehsal edib.

Şirkətin hesabatına görə, bu göstərici ötən ilin eyni dövründə qeydə alınmış 12 114 unsiya ilə müqayisədə yüksəkdir. Təkcə ikinci rübdə qızıl istehsalı 6 272 unsiya təşkil edib ki, bunun da 5 158 unsiyası qızıl dore ərintisi, 1 114 unsiyası isə flotasiya prosesi və SART texnologiyası vasitəsilə əldə olunub.

Şirkət 2030-cu ilədək orta miqyaslı mis və qızıl istehsalçısına çevrilməyi hədəfləyir. Bu çərçivədə 2027–2030-cu illərdə Xarxar, Qaradağ və Zəfər yataqlarında yeni mədənlərin istismara verilməsi, həmçinin 2026–2027-ci illərdə ümumilikdə 90 min metr həcmində karot qazma proqramının həyata keçirilməsi planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda qızıl istehsalında rekord göstərici qeydə alınıb — Fins.az — Fins.az