Azərbaycanda pərakəndə və xidmət sektorunda ƏDV qaytarmaları açıqlanıb

Azərbaycanda pərakəndə və xidmət sektorunda ƏDV qaytarmaları açıqlanıb

BİZNES
248

2026-cı ilin yanvar–may aylarında Azərbaycanda vətəndaşlara geri qaytarılmış əlavə dəyər vergisinin (ƏDV) ümumi məbləği 87 milyon 305,8 min manat təşkil edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, qaytarılan məbləğ ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə və müxtəlif xidmət sahələrində həyata keçirilən əməliyyatlar üzrə formalaşıb.

Qanunvericiliyə əsasən, neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla, digər mallara görə ödənilən ƏDV vətəndaşlara geri qaytarılır. Eyni zamanda teatr tamaşaları, film nümayişləri, muzey ziyarətləri, simfonik orkestr konsertləri, tibb müəssisələri tərəfindən göstərilən xidmətlər və işğaldan azad edilmiş ərazilərdə yerləşən mehmanxanalarda gecələmə xidmətləri də bu mexanizmə daxildir.

Məlumata görə, 2026-cı ilin yanvar–may aylarında xarici vətəndaşlar tərəfindən ölkə ərazisində fərdi istehlak üçün alınmış mallara görə “Tax free” sistemi çərçivəsində geri qaytarılan ƏDV-nin məbləği 3 milyon 434 min manat olub.

Qeyd edək ki, ƏDV geri qaytarılması sistemi istehlak xərclərinin şəffaflığının artırılması və nağdsız dövriyyənin genişləndirilməsi məqsədi daşıyır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda pərakəndə və xidmət sektorunda ƏDV qaytarmaları açıqlanıb — Fins.az — Fins.az