
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi nə qədər olub ? -MƏBLƏĞ
Bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 9,242 mlrd manat təşkil edib.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% çoxdur.
Hesabat dövründə əhaliyə göstərilən ödənişli xidmətlər 5,5% azalaraq 2,006 mlrd manat təşkil edib.