Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3,6% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3,6% artıb

BİZNES
337

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 10,1 milyard manatlıq məhsul satılıb.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Satışların 5,5 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 4,6 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb.

2025-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,6 faiz artıb. Bu dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə artım 1,2 faiz, qeyri-ərzaq malları üzrə isə 6,5 faiz təşkil edib.

Məlumata görə, alıcıların xərclərinin strukturu da açıqlanıb. Belə ki, xərclərin 49,4 faizi ərzaq məhsullarına, 5,0 faizi içkilər və tütün məmulatlarına, 14,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabılara, 5,8 faizi avtomobil benzini və dizel yanacağına, 4,6 faizi elektrik malları və mebellərə, 2,9 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlara, 1,6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına, 16,1 faizi isə digər qeyri-ərzaq mallarına sərf olunub.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 491,5 manatlıq alış edib. Bunun 267,1 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 224,4 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3,6% artıb — Fins.az — Fins.az