Azərbaycanda ötən il hər ikinci kompüter istifadəçisi lokal təhdidlərə məruz qalıb

Azərbaycanda ötən il hər ikinci kompüter istifadəçisi lokal təhdidlərə məruz qalıb

BİZNES
662

2019-cu ildə Azərbaycanda hər iki istifadəçidən biri lokal təhdidlərlə (kompüterlərdə və ya daşıyıcılarda aşkarlanan) məruz qalıb.

"Kaspersky" şirkətinin yayımladığı məlumata görə, hesabat ilində təhdidlərlə 52% fərdi və 38% korporativ istifadəçilər üzləşib.

İnternetdən yoluxma riski ilə fərdi istifadəçilərin 21%-i, korporativ istifadəçilərin isə 13%-i qarşılaşıb.

Mobil təhdidlər arasında ən təhlükəlisini maynerlər yaradır ki, bu tip zərərli proqramların hücumuna məruz qalan istifadəçilərin payı 4% təşkil edib. Bundan əlavə, 2019-cu ildə "Kaspersky" həlləri təxminən 600 min fişinq saytlarına keçid cəhdinin qarşısını alıb.

Şirkətinin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədovun sözlərinə görə, internetə qoşulmayan qurğular heç də zərərli proqramlardan qorunmur. Belə ki, 2019-cu ildə Azərbaycanda bu cür təhdidlərin böyük payı korporativ sektorda aşkar edilib.

"Çox vaxt bu kimi hallar işçilərin əsas təhlükəsizlik qaydalarını bilməməsi nəticəsində baş verir. Bu risklərin qarşısını almaq həm mövcud, həm də yeni təhlükələri tanıyan güclü texnoloji imkanlara malik etibarlı qoruyucu həll vasitəsilə mümkündür. Bundan başqa, təşkilatlar işçilərini rəqəmsal gigiyena qaydaları ilə tanış etmək üçün vəsait ayırmalıdırlar", - deyə M. Məmmədov qeyd edib.

(C)APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda ötən il hər ikinci kompüter istifadəçisi lokal təhdidlərə məruz qalıb — Fins.az — Fins.az