
Azərbaycanda orta illik inflyasiya 5,6 % olub
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % artıb.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici inflyasiya dinamikasında müəyyən dəyişikliklərin davam etdiyini göstərir.
Qeyd edək ki, 2026-cı ilin yanvar-mart aylarında ölkədə istehlak qiymətləri indeksi 2025-ci ilin müvafiq dövrünə nisbətən 5,7 % təşkil edib.