
Azərbaycanda nəqliyyat sektorunun gəlirləri 4,6% artıb
2025-ci ildə Azərbaycan üzərindən keçən tranzit yükdaşımaların həcmi əvvəlki illə müqayisədə 278,0 min ton və ya 1,9% azalaraq 14 270,8 min ton təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Hesabatda qeyd olunur ki, ötən il nəqliyyat sektorunda əldə olunan gəlirlər isə artım nümayiş etdirib. Belə ki, 2025-ci ildə sektor üzrə gəlirlər 2024-cü illə müqayisədə 4,6% artaraq 14 894,5 milyon manat olub.