Azərbaycanda nəqliyyat dəhlizlərində yük daşımalarında dəyişiklik qeydə alınıb

Azərbaycanda nəqliyyat dəhlizlərində yük daşımalarında dəyişiklik qeydə alınıb

BİZNES
303

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan ərazisi üzrə nəqliyyat dəhlizlərində müxtəlif nəqliyyat növləri ilə ümumilikdə milyonlarla ton yük daşınıb.

Fins.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 2 milyon 14,4 min ton, dəniz nəqliyyatı ilə 811,2 min ton, avtomobil nəqliyyatı ilə isə 1 milyon 808,8 min ton yük daşınıb.

Nəqliyyat dəhlizlərinin strukturunda dəmir yolu daşımalarının payı 43,5%, dəniz nəqliyyatının payı 17,5%, avtomobil nəqliyyatının payı isə 39% təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə dəmir yolu ilə yük daşımaları 20,2%, dəniz nəqliyyatı ilə 30,6% azalıb, avtomobil nəqliyyatı üzrə isə 10% artım qeydə alınıb.

Müqayisə üçün qeyd olunub ki, 2025-ci ilin yanvar-fevral aylarında dəmir yolu ilə 2 milyon 525,2 min ton, dəniz nəqliyyatı ilə 1 milyon 169,2 min ton, avtomobil nəqliyyatı ilə isə 1 milyon 649 min ton yük daşınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda nəqliyyat dəhlizlərində yük daşımalarında dəyişiklik qeydə alınıb — Fins.az — Fins.az