
Azərbaycanda nəqliyyat dəhlizlərində yük axını artıb
2026-cı ilin yanvar–mart aylarında Azərbaycanda nəqliyyat dəhlizləri üzrə yük daşımalarının həcmi açıqlanıb.
Fins.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 3 milyon 407 min ton, dəniz nəqliyyatı ilə 1 milyon 391,8 min ton, avtomobil nəqliyyatı ilə isə 2 milyon 705,2 min ton yük daşınıb.
Məlumata görə, Şərq-Qərb nəqliyyat dəhlizi ilə ümumilikdə 3 milyon 863,3 min ton yük daşınıb. Bu istiqamətdə Avropa-Qafqaz-Asiya dəhlizi üzrə 1 milyon 853,9 min ton, Şimal-Cənub dəhlizi üzrə 2 milyon 265,2 min ton, Şimal-Qərb dəhlizi üzrə 1 milyon 265,6 min ton, Cənub-Qərb dəhlizi üzrə isə 109,9 min ton yük daşınması qeydə alınıb.
Statistikaya əsasən, dəmir yolu nəqliyyatı ilə daşınan yüklərin 44,3%-i, avtomobil nəqliyyatı ilə daşınan yüklərin 48,8%-i, dəniz nəqliyyatı ilə daşınan yüklərin isə 89,4%-i tranzit yüklərdən ibarət olub.