Azərbaycanda neft məhsullarının ixracı artıb

Azərbaycanda neft məhsullarının ixracı artıb

BİZNES
732

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan 298,5 min ton bitumlu süxurlardan alınan neft və neft məhsulları, o cümlədən tərkibində kütlə üzrə 70 faiz və daha çox neft və ya neft məhsulları olan məhsullar ixrac edilib. İxracın dəyəri 244,4 milyon ABŞ dolları təşkil edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 172,5 milyon ABŞ dolları və ya 3,4 dəfə, fiziki həcm baxımından isə 138,1 min ton və ya 1,9 dəfə artıb.

Hesabat dövründə qeyd olunan məhsulların ölkənin ümumi ixracındakı payı 2,06 faiz olub.

Rəsmi statistikaya əsasən, cari ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon dollar və ya 2,9 faiz artım deməkdir.

Xarici ticarət dövriyyəsinin 11,9 milyard dolları ixracın, 5,5 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 35,2 faiz artdığı halda, idxal 32,1 faiz azalıb.

Nəticədə xarici ticarətdə 6,354 milyard dollar həcmində müsbət saldo formalaşıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 dəfə artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda neft məhsullarının ixracı artıb — Fins.az — Fins.az