
Azərbaycanda neft koksu istehsalı artıb
2026-cı ilin yanvar ayında Azərbaycanda 41,6 min ton neft koksu istehsal olunub.
Fins.az Dövlət Statistika Komitəsi-yə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,7 min ton və ya 9,8% artım deməkdir. Həmin dövrdə 37,9 min ton neft koksu istehsal olunmuşdu.
Qeyd olunur ki, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda xam neft (qaz kondensatı daxil olmaqla) hasilatı 4,343 milyon ton təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 136 min ton və ya 3,03% azalma deməkdir. Hesabat dövründə xam neftin ümumi hasilatının 4,332 milyon tonu əmtəəlik xam neftin payına düşüb ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 3% azlıq təşkil edir.
Ümumilikdə, hasilat sənayesində istehsalın ümumi həcmi 5,2 milyard manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3% artımı ifadə edir.