Azərbaycanda neft koksu istehsalı 27,7% artıb

Azərbaycanda neft koksu istehsalı 27,7% artıb

BİZNES
202

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda 230,1 min ton neft koksu, neft bitumu və neft məhsullarının digər qalıqları istehsal edilib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20,2 min ton və ya 9,6 faiz artım deməkdir.

Rəsmi məlumata əsasən, cari ilin mayın 1-nə ölkədə bu məhsullar üzrə hazır ehtiyat 60,4 min ton təşkil edib.

Hesabat dövründə ayrıca olaraq 40,2 min ton neft bitumu və 81,6 min ton neft koksu istehsal edilib. Ötən ilin ilk dörd ayı ilə müqayisədə neft bitumu istehsalı 18,3 faiz azalıb, neft koksu istehsalı isə 27,7 faiz artıb.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində ümumi istehsalın dəyəri 1 milyard 950,3 milyon manat təşkil edib və bu, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 0,3 faiz artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda neft koksu istehsalı 27,7% artıb — Fins.az — Fins.az