Azərbaycanda neft koksu istehsalı 12,9% artıb

Azərbaycanda neft koksu istehsalı 12,9% artıb

BİZNES
113

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 354,9 min ton neft koksu, neft bitumu və neft məhsullarının digər qalıqları istehsal edilib.

Fins.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 44,6 min ton və ya 11,2% azdır.

Məlumata görə, 2026-cı il iyulun 1-i vəziyyətinə ölkədə sözügedən məhsulların hazır ehtiyatı 61,2 min ton təşkil edib.

Hesabat dövründə Azərbaycanda 60,1 min ton neft bitumu, 118,9 min ton isə neft koksu istehsal olunub.

Ötən ilin ilk altı ayı ilə müqayisədə neft bitumu istehsalı 55,2 min ton və ya 47,9% azalıb. Bunun əksinə olaraq, neft koksu istehsalı 13,6 min ton və ya 12,9% artıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 565,8 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2% azalma deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda neft koksu istehsalı 12,9% artıb — Fins.az — Fins.az