Azərbaycanda neft hasilatı üzrə yeni göstəricilər açıqlanıb - OPEC

Azərbaycanda neft hasilatı üzrə yeni göstəricilər açıqlanıb - OPEC

BİZNES
425

2026-cı ilin mart ayında Azərbaycanda xam neft hasilatı gündə orta hesabla təxminən 457 min barel təşkil edib.

Bu barədə Fins.az OPEC-in hesabatına istinadən məlumat verir ki, cari ilin yanvar ayında gündəlik hasilat 455 min barel, fevral ayında isə 458 min barel olub. Bu göstəricilər ölkədə neft hasilatında sabit dinamikanın davam etdiyini göstərir.

Eyni zamanda qeyd olunur ki, 2025-ci ildə Azərbaycanda orta illik neft hasilatı gündə 461 min barel təşkil edib. Müvafiq göstərici 2024-cü ildə isə 481 min barel olub ki, bu da azalma trendini göstərir.

Azərbaycanın Energetika Nazirliyi məlumatına görə, 2026-cı ilin yanvar-mart aylarında ölkədə ümumilikdə 6,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 3,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”, 0,9 milyon tonu “Şahdəniz”, 0,1 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə isə neft və kondensat hasilatı 1,7 milyon ton təşkil edib.

Bu dövrdə ümumilikdə 5,2 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. İxracın 4,8 milyon tonu konsorsiumların, 0,3 milyon tonu SOCAR-ın, 0,1 milyon tonu isə JOCAP-ın payına düşüb.

Hesabata əsasən, 2026-cı ilin birinci rübündə xam neft hasilatı orta hesabla gündəlik 61 min ton (təxminən 450 min barel), kondensat hasilatı isə 13 min ton (105 min barel) təşkil edib. Ümumilikdə neft və kondensat üzrə gündəlik hasilat 74 min ton (555 min barel) səviyyəsində qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda neft hasilatı üzrə yeni göstəricilər açıqlanıb - OPEC — Fins.az — Fins.az