Azərbaycanda neft bitumu istehsalı 33,4 min ton təşkil edib

Azərbaycanda neft bitumu istehsalı 33,4 min ton təşkil edib

BİZNES
300

2026-cı ilin yanvar–mart aylarında Azərbaycanda neft bitumu istehsalı 33,4 min ton təşkil edib.

Fins.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7 min ton və ya 17,3% azalma deməkdir. Ötən ilin ilk rübündə ölkədə neft bitumu istehsalı 40,4 min ton səviyyəsində olub.

Eyni dövrdə xam neft (qaz kondensatı daxil olmaqla) hasilatı da azalıb. Belə ki, hesabat dövründə ümumi hasilat 6,630 milyon ton təşkil edib ki, bu da illik müqayisədə 234 min ton və ya 3,4% azdır.

Məlumata görə, ümumi xam neft hasilatının 6,612 milyon tonu əmtəəlik neftin payına düşüb. Bu göstərici də əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 235 min ton və ya 3,4% azalma ilə qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda neft bitumu istehsalı 33,4 min ton təşkil edib — Fins.az — Fins.az