Azərbaycanda mobil və sabit internetin sürəti mayda artıb

Azərbaycanda mobil və sabit internetin sürəti mayda artıb

BİZNES
646

Bu ilin may ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikin sürəti 29,7 Mbit/s-ə təşkil edib.

Fins.az "Ookla"nın "Speedtest Global Index"inə istinadən verdiyi məlumata görə, bu göstərici aprel ayı ilə müqayisədə 8%-dək artıb.

Mayda ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti aprel ayının göstəricisi ilə müqayisədə 4%-dək artaraq 13,87 Mbit/s olub.

Qeyd edək ki, dünya üzrə giriş və çıxış mobil trafikinin sürəti isə müvafiq olaraq 33,71 Mbit/s və 10,89 Mbit/s təşkil edir. May ayının nəticələrinə görə Azərbaycan bu göstərici üzrə dünya ölkələri sırasında 65-ci yerdə qərarlaşıb. Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə Cənubi Koreya (100,22 Mbit/s), BƏƏ (99,67 Mbit/s) və Çin (97,10 Mbit/s) daxil olub.

Reytinqə əsasən, may ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 20,82 Mbit/s, çıxış sürəti isə 22,26 Mbit/s təşkil edib. Bu göstəricilər aprel ayı ilə müqayisədə müvafiq olaraq 5,3 və 6,4% artıb. Dünya ölkələri üzrə sabit internetin sürəti reytinqində Azərbaycan may ayının yekunlarına görə 114-ci yerdə qərarlaşıb.

Dünyada ən sürətli sabit interneti olan ilk üç lideri Sinqapur (205,13 Mbit/s), Honkonq (183,24 Mbit/s) və Tailand (170,14 Mbit/s) olub. Sabit internetin giriş və çıxış trafikinin qlobal orta sürəti isə müvafiq olaraq 76,94 Mbit/s və 41,09 Mbit/s olub.

© APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda mobil və sabit internetin sürəti mayda artıb — Fins.az — Fins.az