
Azərbaycanda mis konsentratı istehsalı artıb
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda 2 467 ton mis konsentratı istehsal edilib.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 min ton və ya 6,9 dəfə artım deməkdir.
Bu ilin martın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır mis konsentratı ehtiyatı 2 382 ton təşkil edib.
Ümumilikdə, hesabat dövründə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 5,2 milyard manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,3% artım deməkdir.