Azərbaycanda meyvə şirələri istehsalı 15%-dən çox azalıb

Azərbaycanda meyvə şirələri istehsalı 15%-dən çox azalıb

BİZNES
479

Fins.az - 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda 589,1 min dekalitr meyvə şirəsi istehsal olunub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,2% azdır.

Eyni dövrdə ölkədə 23,41 min ton meyvə-tərəvəz konservləri istehsal edilib ki, bu da illik müqayisədə 15,2% azalma deməkdir.

1 mart 2026-cı il vəziyyətinə görə, Azərbaycanda meyvə şirələrinin ehtiyatı 797,9 min dekalitr, konserv ehtiyatı isə 18,25 min ton təşkil edir. Bu göstəricilər müvafiq olaraq illik müqayisədə 11,6% və 9,3% azalıb.

Buna baxmayaraq, ölkədə istehsal olunan ümumi ərzaq məhsullarının dəyəri 937,7 milyon manat olub və bu, illik müqayisədə 11,4% artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda meyvə şirələri istehsalı 15%-dən çox azalıb — Fins.az — Fins.az