Azərbaycanda mənzillərin qiymətləri - RƏSMİ MƏLUMAT

Azərbaycanda mənzillərin qiymətləri - RƏSMİ MƏLUMAT

BİZNES
1,120

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan mənzil bazarında ötən ilin sonuncu rübü ilə müqayisədə ucuzlaşma, eyni dövrünə nisbətən cüzi bahalaşma müşahidə olunub.

Bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı mənzil bazarında qiymət indekslərindən məlum olur.

Rəsmi statistikaya əsasən, 2020-ci ilin 1-ci rübündə mənzil bazarında qiymət indeksi 2019-cu ilin 4-cü rübü ilə müqayisədə 99,8% (0,2% ucuzlaşma), o cümlədən ilkin mənzil bazarı üzrə 100%, təkrar mənzil bazarı üzrə 99,8% təşkil edib.

2020-ci ilin 1-ci rübündə mənzil bazarında qiymət indeksi 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 100,1%, o cümlədən ilkin mənzil bazarı üzrə 99,1%, təkrar mənzil bazarı üzrə 100,1% təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda mənzillərin qiymətləri - RƏSMİ MƏLUMAT — Fins.az — Fins.az