Azərbaycanda kimya sənayesi məhsullarının ixrac göstəriciləri açıqlanıb

Azərbaycanda kimya sənayesi məhsullarının ixrac göstəriciləri açıqlanıb

BİZNES
362

2026-cı ilin yanvar–mart aylarında Azərbaycandan xaricə 112,046 min ton kimya sənayesi məhsulları ixrac edilib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ixracdan əldə olunan gəlir 46,436 milyon ABŞ dolları təşkil edib.

Məlumata əsasən, kimya sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 159,7 min ton və ya 2,4 dəfə, dəyər baxımından isə 40,8 milyon ABŞ dolları və ya 1,9 dəfə azalıb.

Kimya sənayesi məhsullarının ixracı cari ilin ilk rübü üzrə ümumi ixracın 0,86%-ni, qeyri-neft sektoru üzrə ixracın isə 5,39%-ni təşkil edib.

Hesabat dövründə kimya məhsulları üzrə 2,4 milyon ABŞ dolları dəyərində 12,2 min ton metanol ixrac edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 25,8 milyon ABŞ dolları və ya 11,5 dəfə, həcm baxımından isə 78,5 min ton və ya 7,4 dəfə azalma deməkdir.

Metanol ixracı ümumi ixracın 0,05%-ni, qeyri-neft ixracının isə 0,28%-ni təşkil edib.

Eyni zamanda, 2026-cı ilin yanvar–mart aylarında 28,9 milyon ABŞ dolları dəyərində 81,9 min ton azot gübrəsi ixrac olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19,1 milyon ABŞ dolları və ya 1,7 dəfə, həcm baxımından isə 9,4 min ton və ya 2 dəfə azalıb.

Azot gübrəsi ixracı cari ilin birinci rübündə ümumi ixracın 0,53%-ni, qeyri-neft sektoru üzrə ixracın isə 3,35%-ni təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda kimya sənayesi məhsullarının ixrac göstəriciləri açıqlanıb — Fins.az — Fins.az