
Azərbaycanda kerosin istehsalı azalıb
Fins.az - 2026-cı ilin yanvar–fevral aylarında Azərbaycanda 94,6 min ton kerosin istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,9 min ton və ya 22,1% azdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar ayında ölkədə 121,5 min ton kerosin istehsal olunmuşdu.
2026-cı il martın 1-nə olan vəziyyətə əsasən, ölkədə hazır kerosin ehtiyatlarının həcmi 33,2 min ton təşkil edib.
Hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində ümumi istehsalın həcmi 824,5 milyon manat olub ki, bu da illik müqayisədə 18,4% azalma deməkdir.
Eyni zamanda, neft məhsulları üzrə bəzi istiqamətlərdə fərqli dinamika müşahidə olunub. Belə ki, neft koksunun istehsalı 9,8% artıb, qazoylun (dizel yanacağının) istehsalı 16,2% azalıb, neft bitumunun istehsalı 15,9%, ağ neftin istehsalı 22,1%, mazutun istehsalı isə 70,4% azalıb.