Azərbaycanda kərə yağı və duru bitki yağı istehsalında azalma müşahidə olunub

Azərbaycanda kərə yağı və duru bitki yağı istehsalında azalma müşahidə olunub

BİZNES
539

Finss.az - Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar-aprel ayları üzrə hesabatına əsasən, Azərbaycanda kərə yağı və duru bitki yağı istehsalında azalma qeydə alınıb.

Belə ki, bu ilin ilk dörd ayında ölkədə 8 689,6 ton kərə yağı istehsal olunub ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% azdır. Mayın 1-nə olan məlumata görə, hazır kərə yağı ehtiyatları 25,9 ton təşkil edib.

Duru bitki yağı istehsalı isə 14 025,4 ton olub və bu da əvvəlki ilin eyni dövrünə nisbətən 3,3% azalma deməkdir.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda kərə yağı və duru bitki yağı istehsalında azalma müşahidə olunub — Fins.az — Fins.az