Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalı 2,2% artıb

Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalı 2,2% artıb

BİZNES
157

Fins.az – 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalında artım qeydə alınıb.

Azərbaycan Dövlət Statistika Komitəsinin "2026-cı ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri" hesabatına əsasən, hesabat dövründə ölkədə 7,085 milyard manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub.

Komitənin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,2 faiz artıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 65,207 milyard manat həcmində ümumi daxili məhsul (ÜDM) istehsal edilib ki, bu da illik müqayisədə 0,8 faiz çoxdur.

Hesabatda bildirilib ki, bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda yaradılmış əlavə dəyər 0,7 faiz azalaraq 19,610 milyard manata, qeyri-neft-qaz sektorunda isə 1,5 faiz artaraq 45,596 milyard manata çatıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu 4,617 milyard ABŞ dolları təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalı 2,2% artıb — Fins.az — Fins.az