Azərbaycanda ixracyönümlü iqtisadi model üçün yeni yanaşmalar hazırlanıb - Mikayıl Cabbarov

Azərbaycanda ixracyönümlü iqtisadi model üçün yeni yanaşmalar hazırlanıb - Mikayıl Cabbarov

BİZNES
558

Fins.az - Bakıda keçirilən “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” forumunda Mikayıl Cabbarov açıqlayıb ki, Azərbaycanda sosial-iqtisadi tərəqqinin davamlı təmin olunması və ixracyönümlü iqtisadi modelin gücləndirilməsi üçün yeni sənəd hazırlanıb.

Nazirin sözlərinə görə, sənəddə sahəvi qurumların fəaliyyət göstəricilərinə görə məsuliyyətlərinin artırılması, monetar və fiskal qərarların sosial-iqtisadi inkişaf və mümkün mənfi nəticələrinin qiymətləndirilməsi üçün analitik təhlillərin aparılması kimi yanaşmalar əksini tapıb.

Sənəd eyni zamanda ixracyönümlü iqtisadiyyatın formalaşdırılması üçün kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi və digər innovativ mexanizmləri də nəzərdə tutur. Bu sənədin ilkin müzakirəsi ötən həftə İqtisadi Şura çərçivəsində keçirilib.

Bununla yanaşı, qeyri-neft-qaz məhsullarının yeni bazarlara ixracının təşviqi və mövcud bazarlarda mövqelərin gücləndirilməsi üçün ticarət fəaliyyətində güzəştli rejimlərin əhatə dairəsinin genişləndirilməsi zəruri hesab edilir. Bu istiqamətdə Ələt İqtisadi Zona tərəfindən yaradılan imkanlardan daha aktiv şəkildə yararlanmaq planlaşdırılır.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda ixracyönümlü iqtisadi model üçün yeni yanaşmalar hazırlanıb - Mikayıl Cabbarov — Fins.az — Fins.az