Azərbaycanda istehlak xərcləri artıb – Vüqar Bayramov

Azərbaycanda istehlak xərcləri artıb – Vüqar Bayramov

BİZNES
477

2026-cı ilin ilk rübündə ölkənin pərakəndə ticarət şəbəkəsində istehlakçılara ümumilikdə 15 milyard 927 milyon manatlıq mal satılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3.7 faiz artım deməkdir.

Fins.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov tərəfindən sosial media hesabında paylaşılıb.

Deputat qeyd edib ki, həmin müddətdə istehlakçılara 8 milyard 774 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7 milyard 152 milyon manatlıq isə qeyri-ərzaq malları satılıb. Bu ilin ilk rübünbdə istehlakda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə isə 6,6 faiz artım qeydə alınıb. Bu o deməkdir ki, istehlakçılar pullarının 55 faizini ərzaq məhsullarının alınmasına xərcləyir.

İki istiqamətdə xərcləmələrdə kəskin artımlar müşahidə edilib. İstehlak kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarında 32.6, əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə isə 25.4 faiz artıb. Dərman peraparatlarının istehlakında artımlar tələb ilə yanaşı qiymətin də yüksəlməsi ilə əlaqədardır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda istehlak xərcləri artıb – Vüqar Bayramov — Fins.az — Fins.az