Azərbaycanda investisiya şirkətlərinin xalis mənfəəti 32% azalıb

Azərbaycanda investisiya şirkətlərinin xalis mənfəəti 32% azalıb

BİZNES
336

Fins.az - 2025-ci ildə Azərbaycanda investisiya şirkətlərinin xalis mənfəəti əvvəlki illə müqayisədə 32% azalaraq 5,4 milyon manat təşkil edib.

Məlumat Azərbaycan Mərkəzi Bankının “Maliyyə sabitliyi haqqında” hesabatında yer alıb. Hesabata əsasən, mənfəətin azalmasına komissiya xərclərinin artması, əməkhaqqı, sosial və inzibati xərclərin yüksəlməsi səbəb olub.

Eyni dövrdə investisiya şirkətlərinin aktivləri 34% azalaraq 121 milyon manata, öhdəlikləri isə 50% azalaraq 64 milyon manata düşüb.

Azalmanın əsas səbəbi repo və əks-repo əməliyyatları ilə bağlı girov qoyulmuş maliyyə aktivlərinin həcminin azalması kimi göstərilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda investisiya şirkətlərinin xalis mənfəəti 32% azalıb — Fins.az — Fins.az