Azərbaycanda hava nəqliyyatı ilə 110 milyon ABŞ dollarına yaxın idxal-ixrac yükləri daşınıb

Azərbaycanda hava nəqliyyatı ilə 110 milyon ABŞ dollarına yaxın idxal-ixrac yükləri daşınıb

BİZNES
232

Bu ilin yanvar ayında Azərbaycanda hava nəqliyyatı ilə 109 milyon 991 min ABŞ dolları dəyərində 936 ton idxal-ixrac yükləri daşınıb.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 33,9 % və 38 % azdır.

Ötən ay hava nəqliyyatı ilə 104 milyon 546 min ABŞ dolları (17,4 % az) dəyərində 822 ton (15,6 % çox) idxal və 5 milyon 444 min ABŞ dolları (4,5 dəfə az) dəyərində 114 ton (5,1 dəfə az) ixrac əməliyyatları həyata keçirilib.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda hava nəqliyyatı ilə 110 milyon ABŞ dollarına yaxın idxal-ixrac yükləri daşınıb — Fins.az — Fins.az