
Azərbaycanda əmtəəlik neft hasilatı 8,78 milyon ton təşkil edib
2026-cı ilin yanvar–aprel aylarında Azərbaycanda 8,806 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 311,4 min ton və ya 3,4 faiz azalma deməkdir.
Hesabat dövründə xam neft hasilatının 8,784 milyon tonu əmtəəlik xam neftin payına düşüb. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 311,7 min ton və ya 3,4 faiz azdır.
Ümumilikdə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 12,5 milyard manat təşkil edib və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz azalma deməkdir.