Azərbaycanda əmlak sığortası bazarı təxminən 25% artıb

Azərbaycanda əmlak sığortası bazarı təxminən 25% artıb

BİZNES
459

Fins.az - Azərbaycanda 2026-cı ilin birinci rübündə əmlak sığortası bazarı ciddi artım göstərib.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu dövrdə əmlak sığortası üzrə 65,9 milyon manat sığorta haqqı toplanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,9% çoxdur.

Eyni zamanda, əmlak sığortası üzrə ödənişlər 9,6 milyon manat təşkil edib və illik müqayisədə 12,5% artım qeydə alınıb.

Ümumilikdə isə ölkədə fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə ilin ilk üç ayında 417,8 milyon manat sığorta haqqı toplanıb, ödənişlər isə 218,5 milyon manata yüksəlib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda əmlak sığortası bazarı təxminən 25% artıb — Fins.az — Fins.az